172 nömrəli avtobus marşrutunun hərəkət sxemi dəyişdirilir
172 nömrəli müntəzəm marşrutun hərəkət istiqamətində müvəqqəti dəyişiklik ediləcək. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) verilən məlumata görə, dəyişiklik paytaxtın Bilgəh qəsəbəsində, Respublika küçəsində aparılan təmir-bərpa işləri ilə əlaqədardır. Bildirilib ki, ərazidə nəqliyyat vasitələrinin hərəkətinə tətbiq olunan məhdudiyyət səbəbindən 14-16 iyul tarixlərində 172 nömrəli marşrutun hərəkəti alternativ istiqamət üzrə təşkil olunacaq. Belə ki, avtobuslar Azərbaycan Qadını küçəsi (Bilgəh qəsəbəsi) - Bilgəh-Pirşağı yolu (İstiqlaliyyət küçəsi) istiqaməti ilə hərəkət edəcək. Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Şərh verin