IV Şuşa Qlobal Media Forumu davam edir
İyulun 14-də IV Şuşa Qlobal Media Forumu işini davam etdirir. “Qafqazinfo” xəbər verir ki, əvvəlcə forumun məqsəd və əhəmiyyətini əks etdirən videoçarx nümayiş etdirilib. Sonra Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev çıxış edib. Forum panel sessiyalarla işini davam etdirir. “Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması” mövzusuna həsr edilən forumda dünyanın 53 ölkəsindən 160-a yaxın media nümayəndəsi, ekspertlər, rəsmi şəxslər təmsil olunur.

Şərh verin