“Azeri Light” bu gün neçəyə satılır?
Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti bahalaşıb. “Qafqazinfo” xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 3,38 dollar və ya 4,34% artaraq 81,29 ABŞ dolları təşkil edib. Qeyd edək ki, ötən gün Azərbaycan nefti 77,91 ABŞ dollarına ticarət edilib. Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.

Şərh verin