Zeynəbin axtarışları hələ də davam edir - (Video)
İyulun 6-da Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində dənizdə nəzarətsiz ərazidə batan 2007-ci il təvəllüdlü Zeynəb Rasim qızı Məmmədzadənin axtarışları Fövqəladə Hallar Nazirliyi tərəfindən davam etdirilir. Nazirliyin Mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, axtarışlar FHN-in Aviasiya dəstəsinin, Xüsusi Riskli Xilasetmə və Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət xidmətlərinin qüvvələri tərəfindən fasiləsiz olaraq həyata keçirilir. Əlavə məlumat veriləcək. Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)

Şərh verin