Ağdərədə maşın aşdı — Ər-arvad öldü
Ağdərə rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. “Qafqazinfo” Lent.az-a istinadən xəbər verir ki, qəza gecə saatlarında Həsənriz-Umudlu yolunda qeydə alınıb. Avtomobilin aşması nəticəsində Kəlbəcər rayon sakinləri - N. Əsgərov və həyat yoldaşı K.Əsgərova həyatını itirib. Avtomobildə olan digər Kəlbəcər sakini M. İsmayılova yaralanıb. Faktla bağlı araşdırma aparılır.

Şərh verin