Netanyahu Vaşinqtona səfər edəcək
İsrailin Baş naziri Benyamin Netanyahu şənbə günü ABŞ-a səfər edəcək. "Ynet"in məlumatına görə, səfərin əsas məqsədi ABŞ Konqresinin senatoru Lindsi Qrehemin dəfn mərasimində iştirak etməkdir. Bildirilib ki, Netanyahu ilə ABŞ Prezidenti Donald Tramp arasında rəsmi görüş hələ planlaşdırılmayıb. Lakin səfər çərçivəsində iki lider arasında danışıqların keçiriləcəyi gözlənilir. Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Şərh verin