Hava kəskin dəyişir: İntensiv yağış, sel, şimşək...

Azərbaycanın bəzi dağlıq və dağətəyi rayonlarında qeyri-sabit hava şəraiti davam edəcək. Milli.Az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, iyulun 16-dan 22-dək bəzi dağlıq və dağətəyi ərazilərdə fasilələrlə yağıntılı hava şəraiti müşahidə olunacaq. Məlumata görə, ayrı-ayrı yerlərdə yağışların leysan xarakterli intensiv və güclü olacağı, şimşək çaxacağı və dolu düşəcəyi ehtimal edilir. Qeyd olunub ki, yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından isə qısamüddətli sel keçəcəyi gözlənilir. Müəllif: Malik Məlikov (Milli.Az redaktor)