“Azeri Light” bahalaşdı
Dünya bazarlarında “Azeri Light” markalı Azərbaycan nefti bahalaşıb. “Qafqazinfo” xəbər verir ki, Azərbaycan neftinin 1 barelinin qiyməti 0,32 ABŞ dolları və ya 0,36 % artaraq 86,83 ABŞ dolları təşkil edib. Qeyd edək ki, ötən gün neftimiz 86,51ABŞ dollarına ticarət edilib. Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.

Şərh verin