Azərbaycanda külək güclənib, bəzi rayonlarda yağış yağıb
Azərbaycanda iyulun 16-na olan hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, ölkə ərazisində hava əsasən yağmursuz keçib. Lakin gecə və səhər saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda qısamüddətli yağış qeydə alınıb. Bildirilib ki, yağıntının miqdarı Qəbələdə 6 mm, Zaqatala, Qrız və Qusarda isə 1 mm-dək olub. Hazırda Bakı və Abşeron yarımadasında şimal-qərb küləyi əsir. Küləyin maksimal sürəti saniyədə 21 metrə çatıb. Ölkənin bəzi bölgələrində isə şərq küləyi üstünlük təşkil edib. Goranboyda küləyin sürəti 19 m/s, Naftalanda 18 m/s, Culfada isə 17 m/s-dək güclənib. Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Şərh verin