Döyüşə yalnız “uşaqlar” gedir... — Foto - Video
Rusiyanın cəbhədə hərbçiləri daşımaq üçün üzərində “Дети” (uşaqlar - red.) yazısı olan nəqliyyatdan istifadə etməsi qalmaqala səbəb olub. “Qafqazinfo” xəbər verir ki, hərbçilərə uşaq avtobusunun hədiyyə edilməsi aksiyasının iştirakçılarının foto və videoları əvvəlcə sosial şəbəkələrin Rusiya, sonra isə Ukrayna seqmentində geniş yayılıb. Yayılan kadrlarda könüllülərin Aleksandr ata kimi təqdim olunan keşişin xidmət etdiyi kəşfiyyat bölməsinə avtobus və humanitar yardım təhvil verdiyi görünür. Keşiş köməyə görə təşəkkür edir və avtobusun şəxsi heyətin daşınması üçün istifadə olunacağını bildirir. Avtobusun üzərində “Дети” yazısı aydın şəkildə görünür. Rusiyanın sosial şəbəkələri həmin şəxsin Sızran yeparxiyasının keşişi Aleksandr olduğunu müəyyən ediblər. Yerli mətbuat keşiş Aleksandrın 2022-ci ildən könüllü olaraq cəbhədə olduğunu və Rusiya hərbçilərinə humanitar yardımın çatdırılması ilə məşğul olduğunu yazıb. Yayılan görüntülər hətta Rusiyanın Ukraynaya qarşı müharibəsini dəstəkləyən hərbi bloqerlər tərəfindən də sərt tənqid olunub.

Şərh verin