Erlinq Haaland sevgilisi ilə görüntüləndi – Gözəlliyi müzakirə yaratdı - (Video)
Norveç millisinin ulduz futbolçusu Erlinq Haaland sevgilisi ilə birlikdə görüntülənib. Milli.Az xəbər verir ki, cütlüyün səmimi anlarını əks etdirən fotolar qısa zamanda sosial şəbəkələrdə geniş yayılaraq izləyicilərin marağına səbəb olub. Xüsusilə Haalandın sevgilisinin seçdiyi geyim tərzi istifadəçilər arasında müzakirə mövzusuna çevrilib. Paylaşılan görüntülərdə cütlüyün rahat və səmimi görünüşü diqqət çəksə də, ən çox danışılan məqamlardan biri məhz sevgilisinin obrazı və geyim seçimi olub. Sosial media istifadəçilərinin bir qismi onun üslubunu bəyəndiyini qeyd edib, digərləri isə fərqli fikirlər səsləndirərək görüntüləri müzakirə ediblər. Erlinq Haaland və gözəlliyi ilə diqqət çəkən sevgilisinin görüntüsü qısa müddətdə minlərlə baxış toplayaraq sosial şəbəkələrin gündəm mövzularından birinə çevrilib. Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Şərh verin