Dünya çempionatının finalı təxirə salına bilər
Futbol üzrə dünya çempionatının İspaniya və Argentina yığmaları arasında keçiriləcək final oyununun təxirə salınması ehtimalı gündəmə gəlib. Milli.Az xəbər verir ki, buna səbəb Kanadada davam edən meşə yanğınları nəticəsində yaranan tüstünün ABŞ-nin şimal bölgələrinə yayılmasıdır. Artıq Çikaqoda açıq havada keçirilməsi nəzərdə tutulan bəzi tədbirlər ləğv edilib, MLS çərçivəsində baş tutmalı olan "Çikaqo Fayr" - "Vankuver Uaytkaps" oyunu da təxirə salınıb. Ekspertlər tüstünün yaxın günlərdə də qalacağı təqdirdə, iyulun 19-da Nyu-Yorkdakı "MetLayf" stadionunda keçirilməsi planlaşdırılan dünya çempionatının finalına da təsir göstərə biləcəyini qeyd edirlər. Hələlik FIFA tərəfindən matçın təxirə salınması ilə bağlı rəsmi açıqlama verilməyib. Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)

Şərh verin