Gəncədə fərdi ev yandı — Xəsarət alan var
Gəncədə fərdi evdə yanğın olub. “Qafqazinfo” xəbər verir ki, hadisə şəhərin Rafael Həsənov ünvanında qeydə alınıb. İlkin məlumata görə, ərazidə mövcud olan quru kol-kosda başlayan yanğın sonradan üçotaqlı evə keçib. Hadisə zamanı alovu söndürməyə çalışan 2009-cu il təvəllüdlü Əli Məmmədov yıxılaraq xəsarət alıb. Hadisə yerinə Dövlət Yanğından Mühafizə Hissəsinin texnika və yanğın söndürənləri cəlb olunub. Edilən müdaxilə nəticəsində alov söndürülüb. Hadisənin səbəbləri araşdırılır. Yunis Quliyev

Şərh verin