Ağır vəziyyətdə xəstəxanaya aparılan 1 yaşlı uşaq öldü

Gəncədə 1 yaşlı uşaq xəstəxanada ölüb. “Qafqazinfo” xəbər verir ki, hadisə Gəncə Birləşmiş Uşaq Xəstəxanasında qeydə alınıb. Belə ki, uşaq Tərtər rayonundan ağır vəziyyətdə gətirilib. Həkimlərin müdaxiləsinə baxmayaraq, J. T-nin həyatını xilas etmək mümkün olmayıb. Azyaşlının ölüm səbəbi hələlik məlum deyil. Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma başlanılıb. Yunis Quliyev