Fəridə Lütfəliyeva UEFA-dan təyinat aldı
FİFA referisi Fəridə Lütfəliyeva UEFA-dan növbəti təyinat alıb. Milli.Az xəbər verir ki, qadın futbolçular arasında UEFA Çempionlar Liqasının birinci təsnifat mərhələsinin 2 oyununda fəaliyyət göstərəcək. F.Lütfəliyeva bu mərhələnin 5-ci qrupunun yarımfinalında "Flora" (Estoniya) - "Mgar Yunayted" (Malta) matçını idarə edəcək. Digər referimiz Gülnurə Əkbərzadə iyulun 22-dəki görüşün yan xətt hakimi olacaq. Fəridə Lütfəliyeva "Flora" - "Mgar Yunayted" qarşılaşmasının qalibinin iyulun 25-də finalda Slovakiyanın "Spartak Miyava" klubuna qarşı keçirəcəyi oyunun isə ehtiyat hakimi olacaq. Oyunlar Slovakiyanın Miyava şəhərində yerləşən "Spartak Miyava" stadionunda keçiriləcək. Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Şərh verin