Elbrus dağına dırmaşan iki alpinist yıxıldı — Ölən var
Elbrus dağına dırmaşan iki alpinist yüksəklikdən yıxılıb. “Qafqazinfo” xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin axtarış-xilasetmə dəstəsi məlumat yayıb. Hadisənin təxminən 4200-4600 metr yüksəklikdə baş verdiyi bildirilir. Qəza nəticəsində alpinistlərdən biri həlak olub, digəri isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Şərh verin