Messidən hamını təəccübləndirən addım
"Qızıl top" mükafatının səkkizqat sahibi Lionel Messi dünya çempionatının finalında İspaniyaya uduzduqdan sonra milli komanda ilə birlikdə Argentinaya qayıtmayıb. Milli.Az oxu.az -a istinadən xəbər verir ki, komandanın kapitanı və Argentinaya uçmayan daha doqquz oyunçu ABŞ-də qalıb. Argentina Futbol Assosiasiyası izah edib ki, futbolçuların bir hissəsi klublarına qoşulmaq və ya məzuniyyətə başlamaq üçün birbaşa ABŞ-dən müxtəlif ölkələrə yola düşəcək. Qeyd edək ki, dünya çempionatının finalında İspaniya millisi əlavə vaxtda Argentinanı 1:0 hesabı ilə məğlub edərək dünya çempionu olub. Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Şərh verin