Salyanda ağır qəza — 3 ölü, 3 yaralı - Yenilənib
Salyanda ağır yol-nəqliyyat hadisəsi olub. “Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Stansiya yaşayış massivində, dəmir yol keçidinin yaxınlığında qeydə alınıb. Belə ki, iki minik avtomobilinin toqquşması nəticəsində 2 nəfər ölüb, 4 nəfər xəsarət alıb. Xəsarət alanlar Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Ölən və yaralananların şəxsiyyəti dəqiqləşdirilir. Faktla bağlı araşdırma aparılır. *** Qəzada ölənlərin sayı üç nəfərə çatıb. *** Salyanda yol qəzasında ölən və xəsarət alanların şəxsiyyəti məlum olub. Ölənlər rayonun Şorsulu kənd sakinləri, Əhmədov Elnur Faiq oğlu, Qasımov İlkin Qismət oğlu və Qasımov Nizami Həsənağa oğludur. Yaralılar isə 2003-cü il təvəllüdlü Hümbətov Əlifağa Elsevər oğlu, 2001-ci il təvəllüdlü Məmmədova Rəhmiyyə Rəhman qızı və 1972-ci il təvəllüdlü Əsədov Vüqar Tahir oğludur. Surxay Şahbazov

Şərh verin