İranın bu şəhərlərində partlayışlar olub

İsfahan, Şiraz və Bəndər Ləngədə partlayış səsləri eşidilib. “Qafqazinfo” xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb. Bildirilir ki, ölkənin mərkəzində yerləşən İsfahan və Şiraz şəhərlərində, eləcə də, Hörmüz boğazı yaxınlığındakı Bəndər Ləngə bölgəsində partlayışlar baş verib. Hadisələrin səbəbi və partlayışların mənbəyi ilə bağlı hələlik rəsmi açıqlama verilməyib. Qeyd edilir ki, ABŞ-nin İrana qarşı əməliyyatları davam edir, eyni zamanda, Tehran bölgədə yerləşən Amerika hərbi bazalarına cavab zərbələri endirib.