İyulun 22-də bütün pensiyalar köçürüləcək

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Sosial Müdafiə Fondu (DSMF) iyul ayı üzrə pensiya ödənişlərinin yekunlaşdırılacağı tarixi açıqlayıb. Milli.Az xəbər verir ki, DSMF-nin məlumatına görə, respublika üzrə pensiyaların tam ödənilməsi iyulun 22-də başa çatdırılacaq. Bildirilib ki, həmin gün güzəştli şərtlərlə pensiya almaq hüququ olan şəxslərin də pensiyaları köçürüləcək. Müəllif: Malik Məlikov (Milli.Az redaktor)