Ankarada təlim helikopteri qəzaya düşdü — Ölən var - Yenilənib

Türkiyənin paytaxtı Ankarada təlim helikopteri qəzaya uğrayıb. “Qafqazinfo” “Cumhuriyet”ə istinadən xəbər verir ki, nəticədə 2 nəfər yaralanıb. Hadisə yerinə çox sayda xilasedici cəlb olunub. *** “TRT Haber”in məlumatına görə, hadisə zamanı yaralanan şəxslərdən biri, pilot Yasa Özden Bakkal vəfat edib.