“Bakıya qarşı xüsusi prinsipiallığım yoxdur” — Dubl edən erməni futbolçu
Xəbər verdiyimiz kimi , “Neftçi” UEFA Konfrans Liqasının 2026/27 mövsümünün II təsnifat mərhələsi çərçivəsində Belarusun “Dinamo” Minsk klubun a 2:4 hesabı ilə uduzub. “Qafqazinfo” xəbər verir ki, matçda “Neftçi”nin qapısından 2 top keçirən erməni futbolçu Karen Vardanyan Bakıda jurnalistlərə açıqlama verib. -Düşünürəm ki, komandamız xarakter göstərdi və bu, oyunun taleyini həll etdi. 0:2 geridə olanda sınmadıq. - Oyunun belə başlayacağını gözləyirdiniz? -Əlbəttə ki, yox. Düşünürəm, oyuna tam daxil ola bilmədik. Amma şükür ki, vəziyyəti dəyşdik və yaxşı da alındı. -Növbəti oyunu Bolqarıstanda keçirəcəksiniz. Orada oynamaq sizə tanışdır? -Bəli, orada ikinci oyunumuz olacaq. Amma heç kim oyundan əvvəl matçın necə keçəcəyini deyə bilməz. Çalışacağıq, mübarizə aparacağıq və ümid edirəm növbəti mərhələyə adlayacağıq. -Rəqibi zəif görmək kimi ehtimal varmı? -Xeyr, əsla. Bu, yaxşı futbolçuları olan güclü komandadır. Heç bir halda arxayınlıq olmayacaq. Məqsədimiz növbəti mərhələyə yüksəlməkdir. -Bu oyun karyeranızda yaddaqalan olacaq? -Bəli, əlbəttə. -Bu gün Bakıda qol vurmaq sizin üçün prinsipial idi? -Xeyr, Bakıya qarşı xüsusi prinsipiallığım yoxdur. Mənim üçün bu, sadəcə çox vacib Konfrans Liqası oyunu idi. Rəqibin “Sabah” və ya başqa komanda olmasının fərqi yox idi. -Fasilədə nə dəyişdi ki, komanda hücumda daha fəal oldu? -Bunu baş məşqçidən soruşmaq lazımdır. O daha yaxşı izah edər. -Növbəti oyunda da qol vuracağınıza inanırsınız? -Əmin ola bilmərəm, amma əlimdən gələni edəcəyəm.

Şərh verin