Dünya çempionlarına qeyri-adi mükafat — Çəkiləri qədər pomidor verdilər

İspaniya yığmasının futbolçuları Qavi və Fabian Ruis 2026-cı il dünya çempionatındakı qələbə münasibətilə doğma şəhərləri Los-Palasyos-i-Vilyafrankada pomidorla mükafatlandırılıblar. “Qafqazinfo” xəbər verir ki, bu barədə “Vanguardia” qəzeti məlumat yayıb. “Yerli sakinlər hər iki futbolçunu şəhər meriyasında təntənə ilə qarşılayıblar və bələdiyyənin ən ənənəvi mükafatlarından birini – futbolçuların öz çəkilərinə bərabər miqdarda pomidor təqdim ediblər”, – deyə məlumatda bildirilir. Mərasim zamanı veriləcək pomidorun çəkisini müəyyən etmək üçün futbolçular tərəziyə çıxarılaraq çəkiliblər. Xatırladaq ki, İspaniya millisi 2026-cı il dünya çempionatının finalında Argentina yığmasını 1:0 hesabı ilə məğlub edərək bu titula yiyələnib.