Məşhur türk müğənni dənizdə yaşamağa başladı - (Foto)

Türk müğənni Koray Avcı şəhər həyatını geridə qoyaraq daha sakit yaşam tərzi seçib. Milli.Az olay.az-a istinadən xəbər verir ki, atasından yadigar qalan qayığında yaşayan Avcı, xüsusilə ilin müəyyən dövrlərində Göcekdə dənizlə iç-içə həyat sürür. "Dünyadan uzaq, təkbaşıma yaşayıram. Kənd və şəhər sakinləri ilə sıx ünsiyyətdəyəm. Bəzən bazarda birlikdə alış-veriş edirik, bəzən də yaylaqda birlikdə çay içib yemək yeyirik. Bu mənim arzum idi və artıq gerçəkləşib", deyə sənətçi bildirib. Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)