46 yaşlı Murat Boz görünüşü ilə müzakirə yaratdı - (Video)
Türkiyəli məşhur müğənni Murat Boz son konsertindən yayılan görüntülərlə sosial şəbəkələrdə diqqət mərkəzinə çevrilib. Milli.Az xəbər verir ki, sənətçi səhnədə həm geyim tərzi, həm də enerjili çıxışı ilə tamaşaçıların marağına səbəb olub. Xüsusilə onun illər keçməsinə baxmayaraq dəyişməyən görünüşü izləyicilər arasında geniş müzakirə edilib. Sosial şəbəkə istifadəçiləri Murat Bozun gənc görünüşünü yüksək qiymətləndirərək, 46 yaşında olduğuna inanmağın çətin olduğunu bildiriblər. Paylaşımların şərh bölməsində sənətçinin fit bədən quruluşu və səhnə xarizması ilə bağlı çoxsaylı rəylər yazılıb. Qeyd edək ki, Murat Boz hazırda 46 yaşındadır və uzun illərdir səhnədəki uğurlu fəaliyyəti ilə yanaşı, görünüşü ilə də diqqət çəkməyə davam edir. Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Şərh verin