ABŞ hökuməti sentyabrda fəaliyyətini dayandıra bilər

ABŞ Prezidenti Donald Tramp Konqresi dövlətin maliyyələşdirilməsi ilə bağlı qanun layihəsinin vaxtında qəbul edilməsinin vacibliyi barədə xəbərdar edib. Milli.Az xəbər verir ki, Tramp bildirib ki, əgər Konqres oktyabrın 1-dək federal hökumətin maliyyələşdirilməsini təmin edən qanun layihəsini təsdiqləməsə, sentyabr ayında hökumətin fəaliyyəti dayana bilər. Onun sözlərinə görə, belə bir vəziyyət ölkədə növbəti "şatdaun" riskini gündəmə gətirəcək. Xatırladaq ki, ABŞ-də son qismən hökumət bağlanması bu ilin yanvarın 31-də baş vermiş və fevralın 4-dək davam etmişdi. Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)