Sarıcalıdakı yanğın söndürüldü — Video - Yenilənib
Ağdam rayonunda açıq ərazidə yanğın başlayıb. “Qafqazinfo”nun məlumatına görə, hadisə rayonun işğaldan azad edilmiş Sarıcalı kəndi ərazisində qeydə alınıb. Yanğının söndürülməsi üçün əraziyə FHN-nin Ağdam Rayon Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən avtomobili və şəxsi heyəti cəlb olunub. Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir. Yanğının başvermə səbəbi araşdırılır. *** Ağdam rayonunda davam edən yanğın zamanı mina partlayışları yanğınsöndürənlərin işinə ciddi maneə yaradır. Yanğının yayıldığı, hələ tam təmizlənməmiş ərazilərdə yüksək temperaturun təsiri nəticəsində minalar partlayır. Mina təhlükəsi səbəbindən yanğının söndürülməsi istiqamətində aparılan əməliyyatlar çətinləşib. Fövqəladə Hallar Nazirliyinin əməkdaşları təhlükəsizlik qaydalarına riayət etməklə yanğının qarşısının alınması üçün tədbirləri davam etdirirlər. *** Ağdam rayonu, Sarıcalı kəndində açıq ərazidə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində genişlənərək ətraf ərazilərə yayılmasına imkan verilmədən söndürülüb. Ziya Əmirxanlı

Şərh verin