İyul ayının pensiyaları tam ödənildi

Respublika üzrə iyul ayının pensiya ödənişi yekunlaşıb. Milli.Az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb. Belə ki, iyulun 14-də Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu, bu gün isə bölgələr üzrə iyul ayının pensiyaları, habelə güzəştli şərtlərlə təyin edilmiş pensiyalar ödənilib. Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)