Sumqayıtda evdə kişi meyiti tapıldı

Sumqayıtda evlərdən birində kişi meyiti aşkarlanıb. Hadisə şəhərin Qurd bağlar sahəsində qeydə alınıb. Məlumata görə, 1965-ci il təvəllüdlü Namiq Tofiq oğlu Abbasovun meyiti yaşadığı ünvanda tapılıb. İlkin məlumata əsasən, meyitin üzərində hər hansı zorakılıq əlaməti müəyyən edilməyib. Faktla bağlı araşdırma Sumqayıt şəhər prokurorluğu tərəfindən aparılır. Müəllif: Malik Məlikov (Milli.Az redaktor)