Gürcüstanda elektrik enerjisinin verilişi bərpa olundu — Yenilənib

Tbilisi və Gürcüstanın bir sıra bölgələrində elektrik enerjisinin verilişində fasilə yaranıb. “Qafqazinfo” “Aktual.ge”yə istinadla xəbər verir ki, elektrik enerjisinin kəsilməsi ilə bağlı məlumatları sosial şəbəkədə Gürcüstanın müxtəlif bölgələrində yaşayan şəxslər yayıblar. Məlumata görə, ölkə ərazisində yağan güclü yağış səbəbindən paytaxt Tbilisi və bir sıra bölgələrdə elektrik enerjisinin verilişində fasilə yaranması ehtimal olunur. Qeyd olunub ki, Gürcüstanın Elektrik Sistemi məsələ ilə bağlı açıqlama verməyib. *** “Gürcüstan Dövlət Elektrik Sistemi”nin məlumatına əsasən,  Gürcüstanda baş verən işıq kəsilməsindən sonra istehlakçıların elektrik enerjisi ilə təchizatı bərpa olunub: “Hazırda əsas şəhərlərdə elektrik enerjisi tam bərpa edilib.  Paralel olaraq, qəzanın dəqiq səbəbləri müəyyənləşdirilir və bu barədə ictimaiyyətə əlavə məlumat verəcəyik”.