Pakistanda terror oldu: Çox sayda ölən və yaralanan var
Pakistanın Xayber-Paxtunxva əyalətinin Tank rayonunda təhlükəsizlik postuna təşkil olunan kamikadze hücumu çoxsaylı itkilərlə nəticələnib. Milli.Az xəbər verir ki, partlayıcı maddələrlə yüklənmiş avtomobilin təhlükəsizlik postunda partladılması nəticəsində azı 14 nəfər ölüb, 24 nəfər yaralanıb. Məlumata görə, həlak olanlar arasında 9 hərbçi, 4 polis əməkdaşı və Meşə Təsərrüfatı İdarəsinin bir əməkdaşı var. Yaralananların isə 20-si hərbçi, 4-ü polis əməkdaşıdır. Onlar ətrafdakı xəstəxanalara yerləşdiriliblər. Bildirilir ki, güclü partlayış nəticəsində təhlükəsizlik postu tamamilə dağılıb. Üç hərbçinin dağıntılar altında qaldığı ehtimal olunur. Hadisədən sonra təhlükəsizlik qüvvələrinin keçirdiyi əməliyyat zamanı hücumun baş verdiyi ərazidə üç silahlı şəxs zərərsizləşdirilib. Hücuma görə məsuliyyəti hələlik heç bir silahlı qruplaşma üzərinə götürməyib. Faktla bağlı araşdırma davam etdirilir. Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)

Şərh verin