Xətaidə evdən oğurluq edən şəxs saxlanılıb
Bakının Xətai rayonunda oğurluq hadisəsi baş verib. Milli.Az xəbər verir ki, polisə müraciət edən zərərçəkən yaşadığı evdən ümumi dəyəri 2000 manat olan qızıl-zinət əşyalarının və 800 ABŞ dolları məbləğində pulun oğurlandığını bildirib. Polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən şəxs müəyyən edilərək saxlanılıb. Onun zərərçəkənin qohumu, 28 yaşlı L.Əhmədzadə olduğu məlum olub. Araşdırma zamanı saxlanılan şəxsin qonaq olduğu evdən müəyyən vaxtlarda hissə-hissə oğurluq etdiyi müəyyənləşdirilib. Faktla bağlı araşdırmalar davam etdirilir. Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Şərh verin