Avtomobil təmiri sexində meyit tapıldı

Gəncə şəhərində meyit tapılıb. Milli.Az xəbər verir ki, hadisə şəhər ərazisindəki avtomobil təmiri sexində qeydə alınıb. Araşdırmalar zamanı meyiti tapılan şəxsin şəhər sakini, 1988-ci il təvəllüdlü Elmidar Sultan oğlu Əliyev olması müəyyən edilib. Araşdırmalar şəhər prokurorluğu tərəfindən aparılır. Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)