Ərdoğan onu COP31-ə dəvət etdi
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ilə telefon danışığı aparıb. “Qafqazinfo” xəbər verir ki, dövlət başçıları Türkiyə-Özbəkistan ikitərəfli münasibətlərini, həmçinin regional və qlobal məsələləri müzakirə ediblər. Türkiyə lideri Mirziyoyevi 9-20 noyabr tarixlərində Antalyada keçiriləcək COP31 İqlim Sammitinə dəvət edib və onu ad günü münasibətilə təbrik edib.

Şərh verin