Elnur Kərimovu ilan sancdı — Foto-Yenilənib

Əməkdar artist Elnur Kərimovu ilan sancıb. “Qafqazinfo” xəbər verir ki, bu barədə aktyor özü sosial şəbəkə hesabında məlumat yayıb. Xəstəxanadan paylaşım edən E.Kərimov “İlan sancması yaman olurmuş” sözlərini yazıb. *** Hadisə ilə bağlı “Qafqazinfo”nun sorğusuna cavab olaraq Klinik Tibbi Mərkəzin mətbuat katibi Ruzbeh Məmməd bildirib ki, ötən gün 1981-ci il təvəllüdlü şəxs (kişi) ilan sancması şübhəsilə Kliniki Tibbi Mərkəzin Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə qəbul edilib. Aparılan müayinələr nəticəsində şəxsdə ilan zəhərlənməsi təsdiqlənməyib. Vətəndaş ambulator müalicə üçün evə buraxılıb.