“Zolotaya Korona” ilə Azərbaycana pul köçürülməsi — Dayandırıldı
Hazırda Rusiyanın “Zolotaya Korona” ödəniş sistemi vasitəsilə Azərbaycan, Ermənistan, Gürcüstan və Qazaxıstana pul köçürmələri əlçatan deyil. “Qafqazinfo” xəbər verir ki, rəsmi saytda Rusiyadan onlayn pul köçürülməsi mümkün olan ölkələr arasında yalnız Özbəkistan, Türkiyə və Qırğızıstan qeyd olunub. Bu məhdudiyyətin Avropa İttifaqının Rusiyaya qarşı 21-ci sanksiyalar paketini qəbul etməsindən sonra tətbiq olunduğu bildirilir. Qeyd edək ki, “Zolotaya Korona” ödəniş sisteminin operatoru olan “Platejnıy Sentr” (“Платежный центр”) Rusiya Qeyri-Bank Kredit Təşkilatı Aİ-nin sanksiyalar paketinə daxil edilib.

Şərh verin