Prezidentdən Milix Yevdayevlə bağlı — Sərəncam

Milix İlxananoviç Yevdayev 1-ci dərəcəli “ Vətənə xidmətə görə ” ordeni ilə təltif edilib. “Qafqazinfo” xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycanın ictimai həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə Milix İlxananoviç Yevdayev 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib. Qeyd edək ki, 80 yaşlı M.Yevdayev Bakı şəhəri Dağ Yəhudiləri dini icmasının sədridir.