Sahədə soğan yığarkən öldü
Ağdamda qadın işlədiyi ərazidə ölüb. “Qafqazinfo” xəbər verir ki, hadisə dünən saat 13 radələrində Mərzili kəndinin ərazisində baş verib. Bərdə rayon sakini 1960-cı il təvəllüdlü Xanım Qeyis qızı Məmmədova sahədə soğan yığımı zamanı halının pisləşməsi nəticəsində ölüb. Araşdırma aparılır.

Şərh verin