Ağdamda daha bir minalanmış ərazidə yanğın başlayıb
Ağdamda daha bir yanğın qeydə alınıb. “Qafqazinfo” xəbər verir ki, yanğın rayonun Papravənd kəndi ərazisində minalanmış açıq ərazidə başlayıb. 20 hektara yaxın ərazini əhatə edən yanğına Fövqəladə Hallar Nazirliyinin (FHN) Ağdam yanğınsöndürmə bölməsinin 2 avtomobili, Ağdərə rayonun 1 avtomobili və şəxsi heyəti cəlb olunub. Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir. Xatırladaq ki, ötən gün rayonun Çıraqlı kəndində də yanğın baş verib. Ziya Əmirxanlı

Şərh verin