200-dən çox Amerika hərbçisi məhv edilib - SEPAH
İran Silahlı Qüvvələri Vaşinqton tərəfindən atəşkəsin pozulmasından sonra Yaxın Şərqdə ABŞ bazalarında yerləşdirilmiş 200-dən çox Amerika hərbçisini məhv edib. Milli.Az "Tasnim" agentliyinə istinadən xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) nümayəndəsi Hüseyn Möhəbi bildirib. ""Qələbə-2" cavab əməliyyatı zamanı həlak olan amerikalıların sayı 200 nəfəri ötür, yaralananların sayı isə bu rəqəmdən xeyli çoxdur", - deyə o, bildirib. Möhəbi qeyd edib ki, ABŞ tərəfindən təqdim edilən bütün statistika yalandır və Vaşinqtona əvvəllər İran tərəfindən hücuma məruz qalan Amerika bazalarına jurnalistləri dəvət etməyi təklif edib./"Report" Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Şərh verin