III MDB Oyunlarında futbol yarışının püşkü atıldı

“Qafqazinfo” xəbər verir ki, püşkatmanın nəticəsinə görə, Azərbaycan U-16 millisi A qrupunda Tacikistan və Qırğızıstan ilə qarşılaşacaq. B qrupunda isə Belarus, Rusiya və Özbəkistanın U-16 kollektivləri üz-üzə gələcəklər. Qəbələ şəhər stadionunda təşkil olunacaq turnirdə 6 komanda iki qrupda mübarizə aparacaq. Qrup qalibləri finalda çempionu müəyyənləşdirəcəklər. Qruplarda ikinci yeri tutacaq komandalar 3-cü yer uğrunda matçda, üçüncülər isə 5-ci yer uğrunda görüşdə üz-üzə gələcəklər. A qrupu 27 sentyabr 12:00. Tacikistan – Azərbaycan 29 sentyabr 14:00. Qırğızıstan – Tacikistan 1 oktyabr 14:00. Azərbaycan - Qırğızıstan B qrupu 27 sentyabr 14:00. Belarus – Rusiya 29 sentyabr 12:00. Belarus – Özbəkistan 1 oktyabr 12:00. Rusiya – Özbəkistan 3 oktyabr 12:00. 5-ci yer uğrunda matç 14:00. 3-cü yer uğrunda matç 4 oktyabr 14:00. Final