“Dörd nəvəmin hamısı ADA-nı bitirib” — Video

“Dörd nəvəmin hamısı ADA-nı bitirib”. “Qafqazinfo” xəbər verir ki, bunu ADA Universitetinin rektoru Hafiz Paşayev deyib. O, auditoriyaya ilk nəvəsi Fuadı təqdim edib, onun da bu universiteti bitirdiyini deyib: “Burada bakalavrı bitirib Harvard Universitetinə getdi. Bir həftədir qayıdıb. İndi soruşuram ki, nə ilə məşğul olacaqsan? Dedi ki, öz işimi açacağam, öz işimlə məşğul olacağam. Bu, çox xoşuma gəlir”.