Türkiyədə siyasi sui-qəsd: AKP üzvü və oğlu öldürüldü

Türkiyənin Batman vilayətində hakim Ədalət və İnkişaf Partiyasının (AKP) Güneykent rayon təşkilatının sədri Mehmet Direk, oğlu Erkan Direk və qardaşı oğlu Əbu Bəkr Direk silahlı hücum nəticəsində həyatını itirib. Milli.Az xəbər verir ki, Türkiyə mətbuatının məlumatına görə, hadisə Güneykent rayonundakı qəbiristanlıqda baş verib. Bildirilir ki, naməlum şəxs və ya şəxslər üç nəfərə atəş açıblar. Güllə yaraları alan Mehmet Direk, oğlu və qardaşı oğlu hadisə yerində ölüblər. Hadisədən sonra əraziyə polis əməkdaşları cəlb olunub, təhlükəsizlik tədbirləri gücləndirilib və cinayəti törədən şəxslərin saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirlərinə başlanılıb. Faktla bağlı araşdırma aparılır. Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)