64 yaşlı kişini maşın vurub öldürdü

Qaxda 64 yaşlı kişini minik avtomobili vuraraq öldürüb. “Qafqazinfo”nun məlumatına görə, hadisə axşam saatlarında şəhərin H.Əliyev prospektində baş verib. Belə ki, Qax şəhər sakini 1961-ci il təvəllüdlü Eldar Tağıyevi maşın vurub. Hadisə zamanı ağır bədən xəsarətləri alan 64 yaşlı kişi xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı araşdırma aparılır. Mübariz Muradov