Xəzərdə zəlzələ oldu
Xəzər dənizində zəlzələ baş verib. “Qafqazinfo” xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb. Məlumata görə, yerli vaxtla saat 21.41-də qeydə alınan zəlzələnin maqnitudası 3,1 olub. Zəlzələ ocağı Yerin 50 kilometr dərinliyində yerləşib.

Şərh verin