Göyçayda elektrik paylayıcısı partladı, yanğın oldu — Video

Göyçayın Nəriman Nərimanov küçəsində yerləşən doqquzmərtəbəli yaşayış binasının həyətində quraşdırılmış elektrik paylayıcısında qəfil partlayış baş verib. “Qafqazinfo” xəbər verir ki, hadisə nəticəsində elektrik avadanlığında yanğın yaranıb. İlkin məlumata görə, hadisə zamanı əraziyə aidiyyəti qurumların əməkdaşları cəlb olunub və yanğının daha geniş əraziyə yayılmasının qarşısı alınıb. Hadisənin başvermə səbəbi və dəymiş ziyanın həcmi hazırda araşdırılır. Hadisə nəticəsində xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır. Yunis Quliyev