Bakıda sınan ağaclar yollardan götürüldü — Fotolar

Dünəndən əsən güclü külək nəticəsində Bakıda 7 ağac, 22 ağac budağı sınıb. Bu barədə “Qafqazinfo”ya Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyindən məlumat verilib. Bildirilib ki, birliyin briqadaları operativ şəkildə sınan ağacların kəsilməsi, sınan budaqların budanmasını təmin ediblər. Tədbirlər davam etdirilir.