Gürcüstanda azərbaycanlı gənc başından güllələnib

Ötən gün Gürcüstanda azərbaycanlı gənc güllələnib. “Qafqazinfo” Gürcüstan mətbuatına istinadən xəbər verir ki, hadisə saat 22:30 radələrində Marneuli bələdiyyəsinin Candar kəndində baş verib. 31 yaşlı Rahib Abdullayev gecə saatlarında yaşadıqları məhəllədə tanışı tərəfindən pnevmatik tapançadan açılan atəşlə ağır xəsarət alıb. Bildirilib ki, hadisə vaxtı 3 dəfə atəş açılıb. R.Abdullayev ağız və baş nahiyəsindən ağır zədələr alıb. O, dərhal xəstəxanaya çatdırılıb, vəziyyəti orta-ağır qiymətləndirilir. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.