Aparıcı Leyla ərinin fotosunu paylaşdı

Teleaparıcı Leyla Quliyeva həyat yoldaşı Abbas Quliyevin doğum gününü sosial şəbəkə hesabında etdiyi paylaşım ilə qeyd edib. Milli.Az xəbər verir ki, aparıcı həyat yoldaşının fotosunu izləyiciləri ilə bölüşərək ona ünvanladığı səmimi arzularını da paylaşıb. Leyla Quliyeva paylaşımını ingilis dilində yazaraq, "Ad günün mübarək, ata! Arzu edirəm ki, hər il ad gününü başqa ölkədə qeyd etmək şansın olsun" sözləri ilə Abbas Quliyevi təbrik edib. Paylaşım izləyicilər tərəfindən maraqla qarşılanıb, cütlüyə çoxsaylı xoş arzular ünvanlanıb. Qeyd edək ki, cütlüyün iki övladı var. Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)