Buzovnada “BYD”yə çırpılan “Niva” aşdı — Video
Bu gün paytaxtın Xəzər rayonunda yol-nəqliyyat hadisəsi baş verib. “Qafqazinfo” xəbər verir ki, Şağan-Buzovna yolunda “Niva” markalı minik avtomobili dönmə manevri edən “BYD” markalı avtomobilə çırpılaraq aşıb. Nəticədə “Niva”da olan 1 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb və xəstəxanaya aparılıb. Bildirilib ki, hadisə vaxtı “Niva” markalı avtomobil yüksək sürətlə hərəkət edirmiş.

Şərh verin